Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

SURİYA ƏRƏB RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB BƏŞŞAR ƏSƏDƏ

Hörmətli cənab Prezident,

Suriya Ərəb Respublikasının milli bayramı münasibətilə Sizi və bütün Suriya xalqını təbrik edirəm.

Əminəm ki, Azərbaycan-Suriya əlaqələri xalqlarımızın iradəsinə uyğun olaraq daim genişlənəcək və inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Suriya xalqına sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 aprel 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin