İQTİSADİYYAT
“Saatlı” EŞ Müəssisəsində təmir-bərpa işləri aparılmışdır
Bakı, 17 noyabr (AZƏRTAC). “Saatlı” Elektrik Şəbəkəsi (EŞ) Müəssisəsində müvafiq təmir-bərpa işləri aparılmışdır.
“Azərenerji” ASC-dən AZƏRTAC-a bildirmişlər ki, son üç ayda “Mircəlalkənd”, “Xanlarkənd”, “Gomuşçu” hava xətlərində müxtəlif təyinatlı təmir işləri reallaşdırılmışdır. Şəbəkənin xidməti ərazisində olan 22 transformator təmir edilərək təkrar şəbəkəyə qoşulmuşdur. Analoji təmir işləri transformator məntəqələrində də görülmüşdür.
Burada ilin əvvəlindən bəri keçirilmiş reydlər zamanı 345 qayda pozuntusu aşkar edilərək 1 milyon 583,4 min kilovat-saatdan artıq itirilmiş elektrik enerjisinin 950,1 min manata yaxın istehlak dəyəri bərpa olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]