REGİONLAR


Saatlı: buğda zəmilərindən 42, arpa sahələrindən isə 34,7 sentner məhsul götürülüb

Saatlı, 13 iyul, Mahir Babayev, AZƏRTAC

Saatlıda taxıl biçini başa çatıb. Ölkəmizdə aqrar sektorun inkişafına göstərilən dövlət dəstəyindən bəhrələnən fermerlər bu il sahələrdən bol məhsul götürüblər.

Rayon Kənd Təsərrüfatı İdarəsindən AZƏRTAC-a bildiriblər ki, taxılçılar ötən ilin payızında 20 min 435 hektar taxıl əkiblər. Bunun da 2 min 946 hektarını arpa, 17 min 489 hektarını buğda sahələri təşkil edib. Biçin kampaniyasına mütəşəkkil başlayan əkinçilər qısa müddətdə taxıl yığımını başa çatdırıblar. Biçin aparılmış arpa sahələrindən 10 min 222 ton arpa, buğda zəmilərindən isə 72 min 918 ton məhsul götürülüb. Arpa sahələrinin hər hektarında məhsuldarlıq 34,7, buğda sahələrində isə 42 sentnerə yaxın olub.

Beləliklə, saatlılı fermerlər taxıl sahələrindən, ümumilikdə, 83 min 140 ton məhsul götürərək məhsuldarlığı 40,7 sentnerə çatdırıblar.

Rayon üzər ən yüksək nəticəni isə fermer Şahin Cəlilov əldə edib. Torpaq mülkiyyətçisi əkdiyi 247 hektar taxıl sahəsinin hər hektarından 45,4 sentner məhsul götürüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.