REGİONLAR
Saatlı məktəblisi: Qəbələnin füsunkar təbiəti bizi valeh etdi
Qəbələ, 13 noyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Tur-aksiyanın ilk günü Qəbələ rayonunun turizm obyektləri, mənzərəli guşələri ilə tanış olduq. Onun füsunkar təbiəti bizi valeh etdi.
Bu fikirləri Saatlı şəhər 1 saylı orta məktəbin 10-cu sinif şagirdi Əli Şahbazov AZƏRTAC-a müsahibəsində deyib. Qeyd edib ki, məktəblilərin əksəriyyəti Qəbələyə ilk dəfədir gəlirlər. “Nohur” gölü və “Yeddi gözəl” şəlaləsi bizdə xoş təəssürat yaratdı. Yaşıllıqlar diyarı olan Qəbələdə keçirilən ağacəkmə aksiyasında iştirak etdik. Bunlar heç vaxt unudulmayacaq xatirələrdir. Geri qayıtdıqdan sonra tur-aksiya zamanı gördüyüm bütün tarixi abidələr, muzeylər, təbiət gözəllikləri barədə sinif yoldaşlarıma danışacaq və çəkdiyim fotoşəkilləri onlarla paylaşacağam. Bizə ekskursiya etmək imkanı yaratdığı üçün dövlətimizin başçısı İlham Əliyevə çox minnətdarıq”, - deyə Əli Şahbazov vurğulayıb.
Saatlı məktəblilərinin növbəti səfəri qədim Şəki şəhərinə və Zaqatala rayonuna olacaq.