REGİONLAR


Saatlıda heyvandarlıq məhsullarının istehsalı artıb

A+ A

Saatlı, 30 noyabr, Mahir Babayev, AZƏRTAC

Saatlıda yeni heyvandarlıq təsərrüfatları yaradılır, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir. Həyata keçirilən layihələr nəticəsində rayonda heyvanların baş sayı, ət, süd və yun istehsalı ilbəil artır, mal-qaranın cins tərkibi yaxşılaşdırılır.

Rayon statiska idarəsindən AZƏRTAC-a verilən məlumata görə, hazırda rayonun heyvandarlıq və fərdi təsərrüfatlarında 67 min 401 baş iribuynuzlu mal-qara və 113 min 36 baş qoyun-keçi saxlanılır. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə, ümumilikdə, 21 min 216 baş çoxdur. Təsərrüfatlarda mal-qara və davarların baş sayının artırılması ət, süd və yun istehsalının çoxalmasına da səbəb olub.

Cari ilin ötən ayları ərzində rayonda 59 min 133 ton ət (diri çəkidə), 331 min 999 sentner süd, 1316 sentner yun istehsal edilib ki, bu da keçən ildəkindən çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.