REGİONLAR


Saatlıda ilk dəfə əkilən yazlıq kələmin yığımına başlanılıb

Saatlı, 23 may, Mahir Babayev, AZƏRTAC

Saatlıda ilk dəfə əkilən yazlıq kələmin yığımına başlanılıb.

AZƏRTAC xəbər verir ki, rayonun Qaralar kənd sakini, fermer Ələsgər Əhmədov bu ilin mart ayında 3 hektar sahədə yazlıq kələm əkib. Təsərrüfat sahibi hər hektara orta hesabla 51 min şitil köçürüb. Müasir damcı suvarma üsulundan istifadə etməklə becərilən sahədə bol məhsul yetişib.

Bir neçə gündür ki, təsərrüfatda məhsul yığımına başlanılıb və qısa müddətdə 18 ton məhsul əldə olunub. Fermerin sözlərinə görə, yığım tam qurtardıqdan sonra hər hektarın məhsuldarlığı orta hesabla 50 tona çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.