REGİONLAR


Saatlıda sahələrdən indiyədək 9 min 525 tondan çox pambıq yığılıb

A+ A

Saatlı, 15 noyabr, Mahir Babayev, AZƏRTAC 

Saatlıda pambıq yığımı davam edir. Yığıma mütəşəkkil başlayan pambıqçılar tarlalardan indiyədək 9 min 525 tondan çox məhsul toplayıblar.

Rayon Statistika İdarəsindən AZƏRTAC-a bildiriblər ki, bu il rayonda 8 min 109 hektar sahədə pambıq əkilib. Ötən il isə bu rəqəm 3 min 786 hektar olub.

Əliəhmədli kənd fermer təsərrüfatının rəhbəri, təcrübəli pambıqçı Xanhüseyn Əhmədov AZƏRTAC-a bildirib ki, ölkə rəhbərinin qeyri-neft sektorunun inkişafına verdiyi dəstək kənd təsərrüfatının digər sahələri ilə yanaşı, pambıq əkininə də marağı artırıb. Pambıqçılığın inkişafı ilə bağlı torpaq mülkiyyətçilərinə dövlət tərəfindən edilən güzəştlər, verilən əlavə subsidiyalar bəhrəsini verib. İndi rayonun pambıq tarlalarında ötənilkindən qat-qat çox məhsul var və hər hektardan orta hesabla 20-25 sentner məhsul götürülür.

Artıq fermerlər pambıq tarlalarından 9 min 525 tondan çox məhsul toplayaraq qəbul məntəqələrinə göndəriblər ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4 min 685 ton çoxdur.

Onu da qeyd edək ki, saatlılı pambıqçılar cari ildə sahələrdən 15 min tondan artıq pambıq yığmağı qarşılarına məqsəd qoyublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.