REGİONLAR


Saatlıda taxıl istehsalı ötən ildəkinə nisbətən 12 min ton artıb

A+ A

Saatlı, 18 avqust, Mahir Babayev, AZƏRTAC

Saatlı rayonunun fermer təsərrüfatlarında taxıl biçini uğurla başa çatıb.

AZƏRTAC xəbər verir ki, Saatlı taxılçıları bu mövsümdə 21 min 123 hektar sahədə məhsul yetişdiriblər. Dövlətin göstərdiyi dəstəkdən yararlanan fermerlər biçin kampaniyasını qısa müddətdə başa çatdırıblar. Arpa sahələrindən 16 min 145 ton məhsul götürülüb. Buğda yığımında isə daha yüksək nəticə əldə olunub. Belə ki, 16 min 541 hektar buğda zəmisindən 71 min 809 ton məhsul yığılıb və hər hektarın orta məhsuldarlığı 43,4 sentner təşkil edib.

Ümumilikdə bu il saatlılı fermerlər taxıl sahələrindən 87 min 954 ton məhsul əldə ediblər ki, bu da ötən ildəkindən 12 min ton çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.