REGİONLAR


Saatlıda taxıl zəmilərindən 88 min ton məhsul götürüləcəyi proqnozlaşdırılır

Saatlı, 12 iyun, Mahir Babayev, AZƏRTAC

Saatlının fərdi fermer təsərrüfatlarında taxıl biçininə başlanılıb və qısa müddətdə 2449 hektar sahənin məhsulu yığılıb. Hər hektarın məhsuldarlığı orta hesabla 38 sentner olub.

Rayon kənd təsərrüfatı idarəsindən AZƏRTAC-a bildiriblər ki, ötən ilin payızında rayonda 20 min 466 hektar sahədə taxıl əkilib. Bunun 2 min 446 hektarı arpa, 17 min 520 hektarı isə buğdadır. Ötən təsərrüfat ilində hər hektar taxıl sahəsindən 41,6 sentner məhsul götürən torpaq mülkiyyətçiləri cari ildə bu nəticəni daha da artırmaq üçün sahələrə nümunəvi qulluq göstərib, gübrələrlə təmin olunub və digər zəruri tədbirlər həyata keçirilib. Bunun nəticəsində də taxıl sahələrində bol məhsul yetişib.

Bir neçə gündür ki, zəmilərdə yetişmiş məhsulun yığımına başlanılıb. Biçin kompaniyasını vaxtında başa çatdırmaq üçün bütün qüvvələr səfərbər olunub, diqqət məhsulun itkisiz yığılmasına yönəldilib.

Bu məqsədlə sahələrə 20-yə yaxın kombayn çıxarılıb, məhsulun daşınması və digər işlərin həlli üçün 150-dən çox maşın və mexanizm işə cəlb olunub. Hər gün 100-120 hektar sahənin məhsulu yığılır. Mütəxəssislərin fikrincə, bu il rayonda təxminən 88 min ton məhsul istehsal etmək mümkün olacaq.

Qeyd edək ki, ötən il rayonda 21 min 123 hektar taxıl sahəsində 85 ton taxıl yığılıb və hər hektarda məhsuldarlıq 41,6 sentner təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.