REGİONLAR


Saatlıda təhsil islahatı uğurla həyata keçirilir

A+ A

Saatlı, 7 sentyabr, Mahir Babayev, AZƏRTAC 

Saatlıda müəllimlərin ənənəvi sentyabr konfransında 2015-2016-cı dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələr geniş müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzindəki xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə gül dəstələri düzüblər.

Konfransda hesabat məruzəsi ilə çıxış edən rayon təhsil şöbəsinin müdiri Seyidağa Kazımov bildirib ki, Azərbaycanda gedən uğurlu inkişaf prosesi təhsil sistemində də nəzərə çarpan dəyişikliklərə səbəb olub. Respublikada həyata keçirilən təhsil islahatının uğurla başa çatdırılmasında rayonun pedaqoji kollektivi də yaxından iştirak edir.

Qeyd olunub ki, rayon üzrə 49 təhsil ocağı fəaliyyət göstərir. Bu il ümumtəhsil məktəblərini bitirən şagirdlərdən 177-si ali və orta ixtisas təhsili müəssələrinə qəbul olub. Onlardan 23-ü 500-dən, 7-si isə 600-dən çox bal toplayaraq tələbə adını qazanıb.

Rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov müəllimləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Təhsilin inkişafı və onun səviyyəsinin beynəlxalq standartlara çatdırılması ilə bağlı həyata keçirlən dövlət siyasətinin real nəticələrindən danışan S,Cabbarov rayonda bu istiqamətdə görülən işlər barədə məlumat verib. Məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərdən söhbət açan natiq son illərdə rayonda 6 məktəb binasının istifadəyə verildiyini, 5 təhsil ocağının isə əsaslı təmir edildiyini bildirib.

Sonda 500-700 bal toplayan 32 şagirdə, 15 qabaqcıl müəllimə və “İlin müəllimi” adını qazanan bir müəllimə qiymətli hədiyyələr və rayon icra hakimiyyətinin fəxri fərmanı təqdim olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.