REGİONLAR


Saatlılı taxılçılar bu il 22 min hektardan çox sahədə payızlıq taxıl əkməyi planlaşdırırlar

A+ A

Saatlı, 13 oktyabr, Mahir Babayev, AZƏRTAC

Saatlıda taxılçılıq əsas təsərrüfat sahələrindən hesab olunur. Rayon statistika idarəsindən AZƏRTAC –a bildiriblər ki, ötən il Saatlıda 21 min 133 hektar sahədə taxıl əkilib. Bunun da 16 min 541 hektarı buğda, 4 min 582 hektarı isə arpa sahəsi olub. Biçin aparılmış sahələrdən 87 min 916 ton məhsul götürülüb.

Qazanılmış uğurlardan ruhlanan fermer və torpaq mülkiyyətçiləri gələn ildə də yüksək nəticələr əldə etmək məqsədilə artıq səpin üçün hazırlıq işlərini başa çatdırıblar. Yüksək məhsuldar toxumlar əldə olunub, 25 min hektar sahədə üzvi və mineral gübrə verilməklə şum aparılıb, səpin aqreqatları hazır vəziyyətə gətirilib. Artıq bir neçə gündür ki, taxılçılar arpa səpininə başlayıblar. Qısa müddətdə 201 hektar sahəyə arpa səpilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 130 hektar çoxdur. Arpa səpini yekunlaşdıqdan sonra buğda əkininə başlanılacaq.

Qeyd edək ki, saatlılı taxılçılar bu il 22 min hektardan çox sahədə payızlıq taxıl əkməyi planlaşdırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.