REGİONLAR


Saatlının 19 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisi davam edir

A+ A

Saatlı, 31 avqust, Mahir Babayev, AZƏRTAC 

Ölkə başçısının müvafiq Sərəncamına əsasən Saatlı rayonunun Sarıcalar, Qara Nuru, Şirinbəyli, Fətəlikənd və Azadkənd kəndlərini birləşdirən avtomobil yolunun tikintisi uğurla davam edir.

AZƏRTAC xəbər verir ki, uzunluğu 39 kilometr olan yolun artıq 9,5 kilometrdən çox hissəsinə asfalt örtüyü döşənib. 51 min əhalinin istifadə edəcəyi yolda tikinti işlərinin surətlə aparılması üçün əraziyə çoxlu sayda texnika cəlb olunub. Kəndləri birləşdirən yolun asfalt örtüyü 15 sm olacaq. Bu isə ağır tonnajlı yük maşınlarının da müntəzəm hərəkət etdiyi yolun uzun müddət istismar olunmasına imkan verəcək. Tikinti zamanı iki körpü əsaslı təmir olunacaq, yeddi suötürücü boru isə yenisi ilə əvəzlənəcək. Yolun tikintisinin başa çatması ilə 19 yaşayış məntəqəsinə gediş-gəliş yaxşılaşacaq. Uzun müddət yolsuzluqdan əziyyət çəkən kəndlərin əhalisi bu yolun vacib layihə olduğunu bildirərək dövlətimizin başçısına minnətdarlıq edirlər. Sakinlər deyir ki, yeni çəkilən yol işimizi xeyli asanlaşdıracaq. Rayon mərkəzinə və ölkənin digər yerlərinə rahat şəkildə vaxt itkisi və narahatlıq olmadan gedib-gələ biləcəyik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.