REGİONLAR


Saatlının Çolpı kəndinə təbii qaz verilib

Saatlı, 7 dekabr, Mahir Babayev, AZƏRTAC

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında müəyyən edilən tədbirlərə müvafiq olaraq Saatlının Çolpı kəndinə ilk dəfə təbii qaz verilib.

AZƏRTAC xəbər verir ki, 389 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında metal borularla 38408 metr paylayıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonentin mənzilinə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Kəndə “mavi yanacağ”ın verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edənlər son illər rayonda həyata keçirilən irimiqyaslı layihələrdən söhbət açıb, Çolpı kəndinə qısa müddətdə qazın verilməsini regionların sosial inkişafına yönələn dövlət siyasətinin real nəticəsi kimi dəyərləndiriblər. Qeyd olunub ki, son il yarımda rayonun 21 kəndi qazlaşdırılıb. Artıq Saatlının 43 kəndindən 27-nə “mavi yanacaq” verilib. Altı yaşayış məntəqəsində isə qaz xətlərinin çəkilişi başa çatmaq üzrədir. Yaxın günlərdə bu kəndlərə də təbii qaz veriləcək.

Mərasimdə çıxış edən kənd sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqəsinin “mavi yanacaq”la təmin edilməsinə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Sonda rəmzi məşəl yandırılıb, evlərə təbii qazın verilməsinə baxış keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.