İQTİSADİYYAT


Sabah Abşeron rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

A+ A

Bakı, 6 oktyabr, AZƏRTAC

Aparılan abadlıq işləri ilə bağlı qaz xətlərinin təhlükəsiz əraziyə köçürülməsi və yeri dəyişdirilmiş xətlərin qaz təchizatı mənbəyinə birləşdirilməsi, eləcə də qaz xətlərində aparılacaq təmir işləri ilə əlaqədar oktyabrın 7-də saat 9-dan 18-dək Abşeron rayonunun Xırdalan şəhəri və Güzdək, Qobu qəsəbələrinin həmçinin Hökməli, Nübar, Atyalı və Quşçuluq adlanan ərazilərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. Aparılan işlərin Xəzər rayonunun Şüvəlan və Binəqədi rayonunun Binəqədi, Rəsulzadə qəsəbələri ərazisinin təbii qaz təchizatına təsir göstərməsi də mümkündür.

Bu barədə AZƏRTAC-a “Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.