CƏMİYYƏT


Sabah Bakıda 35 dərəcə isti olacaq

A+ A

Bakı, 16 avqust, AZƏRTAC

Azərbaycanda avqustun 17-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 21-25° isti, gündüz 30-35° isti olacağı gözlənilir.

Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulbada 24-25°, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26°, Türkan, Hövsan, Sahil və Şıxda 27-28° isti təşkil edəcək. Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Zəif şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24° isti, gündüz 34-39° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Zəif şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-19° isti, gündüz 25-30° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Zəif şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 22-25° isti, gündüz 32-37° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Zəif şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 13-16° isti, gündüz 23-28° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Zəif şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25° isti, gündüz 33-38° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Zəif şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 24-26° isti, gündüz 33-37° isti, dağlarda gecə 15-20° isti, gündüz 22-27° isti olacağı gözlənilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.