CƏMİYYƏT
Sabah Bakıda 36 dərəcə isti olacaq
Bakı, 3 avqust, AZƏRTAC
Azərbaycanda avqustun 4-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava az buludlu, əsasən yağmursuz olacaq. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 22-25° isti, gündüz 31-36° isti olacağı gözlənilir. Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulbada 22-23°, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24°, Türkan, Hövsan, Sahil və Şıxda 25-26° isti təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-23° isti, gündüz 34-39° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 13-18° isti, gündüz 23-28° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25° isti, gündüz 33-37° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-23° isti, gündüz 29-34° isti, dağlarda gecə 14-18° isti, gündüz 21-26° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25° isti, gündüz 34-39° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 22-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti olacağı gözlənilir.