CƏMİYYƏT


Sabah Bakıda 40, Abşeron yarımadasında 41 dərəcə isti olacaq

Bakı, 7 avqust, AZƏRTAC

Azərbaycanda avqustun 8-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Zəif şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 23-26°, gündüz 36-41° isti, Bakıda gecə 24-26°, gündüz 38-40° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 35-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 27-28°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 28-29°, Türkan, Hövsan, Sahil, Şıxda 29-30° isti olacaq.

Sinoptiklərin tibbi-meteoroloji xəbərdarlığına əsasən, avqustun 8-9-da Abşeron yarımadasında anomal isti hava şəraitinin davam edəcəyi ehtimal edilir ki, bu da əksər əhali üçün çox əlverişsiz olacaq. Gündüz saatlarında uzun müddət günəş altında qalmaq risklidir.

Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi ehtimalı var. Zəif şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 20-25°, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 15-20°, gündüz 29-34° isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında hava günəşli olacaq. Zəif şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 21-26°, gündüz 38-43° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava yağmursuz olacaq. Zəif şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 15-20°, gündüz 29-34° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava günəşli olacaq. Zəif şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 20-25°, gündüz 35-40° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava yağmursuz olacaq. Zəif şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 19-24°, gündüz 34-39° isti, dağlarda gecə 14-19°, gündüz 27-32° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava günəşli olacaq. Zəif şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 20-25°, gündüz 35-40°, bəzi yerlərdə 42° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava günəşli olacaq. Zəif şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 23-25°, gündüz 35-39° isti, dağlarda gecə 16-21°, gündüz 29-34° isti olacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.