İQTİSADİYYAT


Sabah Bakının Səbail rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

A+ A

Bakı, 2 iyul, AZƏRTAC

Abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi və diametri 720 millimetrlik orta təzyiqli qaz xətti üzərində qaz tənzimləyicinin quraşdırılması ilə əlaqədar iyulun 3-ü saat 9-dan işlər yekunlaşanadək Bakının Səbail rayonunun Bayıl, Badamdar qəsəbəsinin eləcə də 20-ci sahə yaşayış massivinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. Aparılan işlərin Yasamal rayonunun Nizami və Ə.Quliyev küçələri, həmçinin Nəsimi rayonunun D.Əliyeva küçəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Bu barədə AZƏRTAC-a “Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.