DÜNYA


Sabah Fransada parlament seçkilərinin ilk turu keçiriləcək

Bakı, 10 iyun, AZƏRTAC

Fransalı seçicilər parlamentdə təmsil olunacaq 577 deputatı təyin etmək üçün iyunun 11-də seçki məntəqələrinə gedəcəklər. Seçkilərdə 7 min 882 namizəd deputat mandatı uğrunda mübarizə aparacaq.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, ilk turda azı 50 faiz səs toplayan namizədlər birbaşa parlamentin heyətinə daxil olacaq. Bu səddi keçə bilməyən namizədlər isə seçicilərin etimadını ikinci turda qazanmağa çalışacaqlar. Parlament seçkilərinin iyunun 18-nə təyin olunmuş ikinci turunda iştirak hüququnu ilk turda 12,5 faizdən çox səs toplayan namizədlər əldə edəcək.

Təxminən 47 milyonadək fransızın qeydiyyatdan keçdiyi seçkilər fövqəladə vəziyyət şəraitində baş tutacaq. Həmin gün 69 mindən çox seçki məntəqəsində təxminən 50 minə yaxın polis və jandarma əməkdaşı xidmət göstərəcək.

Fransa Prezidenti Emmanuel Makron verdiyi vədlərə əməl etmək üçün bu seçkilərdə səs çoxluğu qazanmalı və beləliklə hökuməti formalaşdıra bilməlidir. Bəzi analitiklər bu seçkiləri iki turdan ibarət prezident seçkilərinin üçüncü turu kimi də qiymətləndirir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.