DÜNYA
Sabah İordaniyada parlament seçkiləri keçiriləcək
Əmman, 19 sentyabr, AZƏRTAC
Sabah İordaniyada parlamentin Nümayəndələr Palatasına (aşağı palata) seçkilər keçiriləcək. Ölkədə parlament seçkiləri ilə əlaqədar Xalid əl-Kalaldinin başçılıq etdiyi müstəqil seçki komissiyası, eləcə də seçki prosesini işıqlandırmaq üçün beynəlxalq media mərkəzi yaradılıb.
Yerli KİV-lərin məlumatına görə, Avropa İttifaqı (Aİ) İordaniyaya Avropa Parlamentinin üzvü Co Leynenin rəhbərliyi ilə müşahidəçilər missiyası göndərib. Missiyaya Aİ-nin 28 ölkəsindən 108 müşahidəçi daxildir.
İordaniya Daxili İşlər Nazirliyi bəyanatla çıxış edib. Bəyanatda qeyd olunur ki, hüquq mühafizə orqanları seçicilərin və bütün seçki məntəqələrinin, habelə dövlət əhəmiyyətli obyektlərin təhlükəsizliyini təmin edəcək.
Mayın sonlarında İordaniya Kralı II Abdullah Millət Məclisinin aşağı palatasının işinə xitam verilməsi barədə fərman imzalayıb. Elə həmin gün Hani əl-Mülkiyə əsas vəzifəsi ölkə parlamentinə seçkilərin hazırlanması və keçirilməsi olan yeni hökuməti formalaşdırmaq tapşırılıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]
“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq
- 24.04.2024 [13:55]