İQTİSADİYYAT


Sabah Sabunçu rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Bakı, 6 sentyabr, AZƏRTAC

Payız–qış mövsümünə hazırlıqla əlaqədar təmir işləri aparıldığı üçün sentyabrın 7-də saat 9-dan 18-dək Bakının Sabunçu rayonunun Sabunçu qəsəbəsi və Bakıxanov qəsəbəsinin “Anaşkin” adlanan ərazisinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. Aparılan işlərin Xəzər rayonunun Şağan və Buzovna qəsəbələrinin, həmçinin Quşçuluq yaşayış massivi ərazisinin təbii qaz təchizatına təsir göstərməsi də mümkündür.

Bu barədə AZƏRTAC-a “Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.