CƏMİYYƏT
Sabah paytaxtda 40, bölgələrdə isə 43 dərəcə isti gözlənilir
Bakı, 3 avqust, AZƏRTAC
Avqustun 4-də Bakıda və Abşeron yarımadasında günəşli hava şəraiti müşahidə olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, gündüz cənub-şərq küləyi əsəcək. Temperaturun gecə 24-27°, gündüz 33-38°, bəzi yerlərdə 40° isti olacağı gözlənilir.
Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 27-28°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 28-29°, Türkan, Hövsan, Şıx və Sahildə 29-30° isti təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında hava şəraiti yağmursuz olacaq. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək. Temperaturun gecə 19-24° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək. Temperaturun gecə 17-22° isti, gündüz 29-34° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək. Temperaturun gecə 21-26° isti, gündüz 33-38° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Temperaturun gecə 19-24° isti, gündüz 33-38° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava şəraiti yağmursuz olacaq. Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək. Temperaturun gecə 22-27°, gündüz 35-40°, bəzi yerlərdə 43° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava şəraiti yağmursuz olacaq. Şərq küləyi əsəcək. Temperaturun gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 15-20° isti, gündüz 28-33° isti olacağı gözlənilir.