CƏMİYYƏT


Sabah paytaxtda hava dəyişkən buludlu olacaq

A+ A

Bakı, 12 sentyabr, AZƏRTAC

Sentyabrın 13-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 19-22° isti, gündüz 26-30° isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 13-18° isti, gündüz 28-33° isti olacağı ehtimalı var.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 9-14° isti, gündüz 18-23° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 15-20° isti, gündüz 27-32° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 13-18° isti, gündüz 24-29° isti, dağlarda gecə 8-13° isti, gündüz 16-21° isti olacağı ehtimalı var.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava gündüz əsasən yağmursuz olacaq. Şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 18-23° isti, gündüz 27 32° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Yağışın intensiv olacağı ehtimalı var, gündüz tədricən kəsiləcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-22° isti, gündüz 26-31° isti, dağlarda gecə 9-14° isti, gündüz 20-25° isti olacağı ehtimalı var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.