CƏMİYYƏT
Sabah səhər və axşam bəzi yerlərdə duman olacaq
Bakı, 18 aprel, AZƏRTAC
Aprelin 19-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 6-10° isti, gündüz 15-20° isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz olacaq. Lakin səhər və axşama bəzi yerlərdə yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 18-23° , bəzi yerlərdə 25°-dək isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz olacaq. Lakin səhər və axşama bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 11-16°, bəzi yerlərdə 19°-dək isti olacağı gözlənilir.
Qazax,Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 15-20° isti, bəzi yerlərdə 23°-dək isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 12-17°, bəzi yerlərdə 21°-dək isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 16-20° isti, bəzi yerlərdə 24°-dək isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 8-10° isti, gündüz 14-19° isti, bəzi yerlərdə 23°-dək isti, dağlarda gecə 4-9° isti, gündüz 14-18° isti olacağı gözlənilir.