CƏMİYYƏT


“Sabahın alimləri” altıncı respublika müsabiqəsi keçiriləcək

A+ A

Bakı, 1 oktyabr, AZƏRTAC

Təhsil naziri Mikayıl Cabbarov “Sabahın alimləri” altıncı respublika müsabiqəsinin keçirilməsi haqqında əmr imzalayıb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, əmrə əsasən 2017-ci il fevralın 15-dən 17-dək İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində “Sabahın alimləri” altıncı respublika müsabiqəsi keçiriləcək.

Müsabiqə ölkəmizdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə marağı olan istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə təşkil edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.