DÜNYA


Sabiq nazir: Britaniya səhiyyəsinin illik gəliri 5 milyard funtsterlinq artmalıdır

A+ A

London, 23 sentyabr, AZƏRTAC 

“Brexit”dən sonra Britaniya səhiyyəsinin illik gəliri 5 milyard funtsterlinq artmalıdır.

Bu fikirləri Britaniyanın sabiq səhiyyə naziri Lord Lansley Milli Səhiyyə Xidmətinin illik konfransında səsləndirib. Onun sözlərinə görə, “Brexit”dən sonra Avropa İttifaqının büdcəsinə verilən illik maliyyə vəsaiti Britaniya səhiyyəsinə sərf edilməlidir. Britaniya ictimaiyyəti 2019-2020–ci illərdə Milli Səhiyyə Xidmətinə ayrılan vəsaitdə artım gözləyir və bu, onların ən təbii hüquqlarıdır.

Orxan İsmayılov

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.