REGİONLAR


Sabirabad rayonunda məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüş

A+ A

Sabirabad, 20 sentyabr, AZƏRTAC

Laçın Rayon İcra Hakimiyyətinin nümayəndələri Sabirabad rayonunda məskunlaşmış həmyerliləri ilə görüşüb, onların qayğı və problemləri ilə maraqlanıblar.

AZƏRTAC xəbər verir ki, görüşdə rayon icra hakimiyyəti aparatının məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, ərazi icra nümayəndələri və laçınlı məcburi köçkünlər iştirak ediblər.

Tədbirdə çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli məcburi köçkünlərə göstərilən dövlət qayğısından, problemlərinin həlli, sosial rifah və mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.

Laçın Rayon İcra Hakimiyyətinin rəhbərliyi məcburi köçkünlərin müraciətlərini dinləyib, problemləri ilə maraqlanıb. Məcburi köçkünlər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.