REGİONLAR


Sabirabadda 360 şagird yerlik məktəb binası tikilir

A+ A

Sabirabad, 30 sentyabr, Mahir Babayev, AZƏRTAC 

Sabirabadın Yaxadəllək kəndində tam orta məktəb üçün yeni bina inşa olunur.

AZƏRTAC xəbər verir ki, 360 şagird yerlik məktəb binasının inşasına ötən ilin mart ayında başlanılıb. Artıq binanın hörgü işləri başa çatıb, dam örtüyü vurulub. Hazırda binada qapı-pəncərə qoyulur, daxildə suvaq işləri görülür, elektrik, su və digər kommunikasiya xətləri çəkilir, istilik sistemi quraşdırılır.

İkimərtəbəli məktəb binasının tikintisinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.