REGİONLAR


Sabirabadda ASAN könüllülərinin ikinci spartakiadası keçirilib

A+ A

Bakı, 27 avqust, AZƏRTAC

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə, “ASAN könüllüləri” təşkilatının təşkilati dəstəyi ilə Sabirabad rayonunda ASAN könüllülərinin ikinci spartakiadası keçirilib.

Təşkilatdan AZƏRTAC-a bildiriblər ki, Sabirabad Olimpiya İdman Kompleksində keçirilən spartakiadaya “ASAN xidmət” mərkəzlərindən 10 komanda, ümumilikdə, 60 könüllü qatılıb. Şükür Məmmədovun ideya müəllifi olduğu “Sağlamlıq günü ASAN könüllülərinin ikinci spartakiadası” layihəsi çərçivəsində təşkil olunan yarışda iştirakçılar atletika, velosiped, üzgüçülük, qol gücü, kəndirdartma idman növləri üzrə mübarizə aparıblar.

Tədbirin sonunda ümumi idman növləri üzrə ən çox xal qazanaraq ilk üç yeri tutmuş komanda üzvləri medallarla təltif olunublar. Spartakiadanın kuboku iki qızıl, iki gümüş medal qazanaraq birinci yeri tutmuş Bərdə “ASAN xidmət” mərkəzinin könüllülərindən ibarət komandasına verilib.

Layihənin keçirilməsində əsas məqsəd gənclərə idmanı sevdirib, sadə fiziki məşqlərin gündəlik yerinə yetirilməsini aşılamaq, onları sağlam həyat tərzi ətrafında cəmləşdirməkdən ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.