CƏMİYYƏT


Sabirabadda beşotaqlı ev yanıb

A+ A

Bakı, 1 dekabr, AZƏRTAC

Sabirabad rayonunun Yenikənd kəndində beş otaqdan və aynabənddən ibarət, ümumi sahəsi 252 kvadratmetr olan birmərtəbəli evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində ev əşyaları ilə birlikdə yanıb. Evə bitişik talvar və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub, alov söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.