REGİONLAR


Sabirabadda builki məzunlardan 337 nəfər ali və orta ixtisas məktəblərinə qəbul olub

A+ A

Sabirabad, 8 sentyabr, Mahir Babayev, AZƏRTAC

Sabirabad şəhərində keçirilən müəllimlərin ənənəvi sentyabr konfransında 2014-2015-ci dərs ilinin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Təhsil Nazirliyinin, rayon icra hakimiyyətinin məsul işçilərinin, məktəb direktorlarının, qabaqcıl müəllimlərin, ictimaiyyət nümayəndələrinin və bu il ali məktəblərə qəbul olunan sabirabadlı gənclərin iştirak etdikləri konfransda çıxış edənlər bildiriblər ki, ulu öndər Heydər Əliyevin təhsil strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Vurğulanıb ki, rayonda təlim-tərbiyə müəssisələrinin maddi-texniki bazası ildən-ilə möhkəmləndirilir, təhsilin səviyyəsi yüksəlir.

Çıxışlarda qeyd olunub ki, rayondakı 85 ümumtəhsil məktəbində 24 min 669 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 2 min 688 müəllim məşğul olur. Qəbul imtahanlarının nəticələrinə görə bu il məktəbi qurtaran məzunlardan 317-si ali təhsil müəssisələrinə qəbul olunub. Tələbə adını qazanan məzunlardan 13 nəfəri 600-dən yuxarı, 35 nəfəri isə 500-600 arası bal toplayıb.

Konfransda son illər rayonda müasir standartlara cavab verən 6 yeni məktəb binasının tikilib istifadəyə verildiyi, 10 məktəb binasının isə rayonun daxili imkanları hesabına əsaslı təmir olunduğu diqqətə çatdırılıb.

Tədbirdə çıxış edənlər, həmçinin 2015-2016-ci dərs ilində qazanılmış uğurlardan danışıb, mövcud problemlərlə bağlı rəy və təkliflərini bildiriblər.

Sonda builki qəbul imtahanlarında 500-700 arası bal toplayan məzunlara rayon icra hakimiyyətinin qiymətli hədiyyələri və fəxri fərmanları təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.