REGİONLAR
Sabirabadda kənd təsərrüfatı idarəsi üçün inzibati binanın tikintisi başa çatıb
Sabirabad, 31 avqust, Mahir Babayev, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə Sabirabadda inşa edilən kənd təsərrüfatı idarəsinin inzibati binasının tikintisi başa çatıb.
AZƏRTAC xəbər verir ki, rayonun Qalaqayın yaşayış massivində tikilən binanın inşasına 2014-cü ilin sonunda başlanılıb. Üçmərtəbəli bina 44 iş otağından ibarətdir və burada işçilərin normal fəaliyyəti üçün bütün imkanlar yaradılıb. Müasir tələblərə uyğun inşa edilən bina havalandırma sisteminə malikdir. İnzibati binanın həyətində abadlıq və yaşıllaşdırma işləri aparılıb.
Hazırda binada inventar və avadanlıqlar quraşdırılır. Milli memarlıq ənənələri ilə inşa edilən bina yaxın günlərdə istifadəyə veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [19:31]
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib
- 25.04.2024 [18:49]
Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib
- 24.04.2024 [15:52]