REGİONLAR


Sabirabadda müxtəlif təyinatlı yeni kənd təsərrüfatı texnikasına baxış keçirilib

A+ A

Sabirabad, 23 sentyabr, Mahir Babayev, AZƏRTAC 

Sentyabrın 23-də Sabirabaddakı pambıq emalı zavodunda “Aqrolizinq” ASC yolu ilə ölkəyə gətirilmiş 63 ədəd traktor və pambıqyığan kombayn və 270 ədəd səpin, dərmanlama aqreqatları, kotan, mala və digər müxtəlif təyinatlı kənd təsərrüfatı texnikasına baxış keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə fermerlər, təsərrüfat rəhbərləri, iş adamları, “Aqrolizinq” ASC-nin rəhbərləri, rayon kənd təsərrüfat idarəsinin, pambıq emalı müəssisələrinin nümayəndələri, bələdiyyə sədrləri ıştirak edib.

Mərasimdə çıxış edən kənd təsərrüfatı naziri Heydər Əsədov Prezident İlham Əliyevin respublikamızda qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının ənənəvi sahələrindən olan pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və imzaladığı sərəncamların ölkəmizdə pambıqçılığın sürətli inkişafına əlverişli şərait yaratdığını diqqətə çatdırıb. Nazir respublikamızda sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, xam torpaqların dövriyyəyə qaytarılması yolu ilə əkin sahələrinin genişləndiriliməsi və yeni iş yerlərinin yaradılması istiqamətində həyata keçirilən layihələrdən də danışıb.

Kənd təsərrüfatı naziri, həmçinin “Aqrolizinq” ASC xətti ilə ölkəyə gətirilən yeni texnika və məhsuldarlığın artırılması məqsədilə tətbiq olunan mütərəqqi texnologiya barədə də mərasim iştirakçılarına geniş məlumat verib. Bildirilib ki, cari ilin 9 ayı ərzində “Aqrolizinq” ASC yolu ilə ölkəyə 25 milyon 544 min 457 ABŞ dolları məbləğində 1591 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası gətirilərək güzəştli şərtlərlə sahibkarlara satılıb.

Təqdimat mərasimində çıxış edən fermerlər, təsərrüfat rəhbərləri Prezident İlham Əliyevin aqrar sektorun inkişafı ilə bağlı verdiyi tapşırıq və tövsiyələri, imzaladığı sərəncamları yüksək qiymətləndirdiklərini bildirib, ölkədə sahibkarlığın inkişafına göstərdiyi qayğıya görə minnətdarlıq ediblər.

Sonra rayonun Xəlifəli kəndində pambıq sahələrinə baxış keçirilib, yığım prosesi ilə tanışlıq olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.