REGİONLAR


Sabirabadda ötən il 15 min 426 ton ət, 49 min 551 ton süd istehsal olunub

A+ A

Sabirabad, 11 yanvar, Mahir Babayev, AZƏRTAC

Sabirabadda heyvandarlıq məhsulları istehsalı ilbəil artır. Rayonda əsas təsərrüfat sahəsi olan heyvandarlığın inkişafına xüsusi diqqət yetirilir, qayğı göstərilir. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması və baş sayının artırılması üçün rayonda irimiqyaslı layihələr həyata keçirilir, yeni-yeni heyvandarlıq təsərrüfatları, quşçuluq kompleksləri və süni mayalanma məntəqələri yaradılır. Həyata keçirilən tədbirlər nəticəsində Sabirabadda mal-qaranın baş sayı, ət, süd və yun istehsalı xeyli artıb.

Rayon statistika idarəsindən AZƏRTAC-a verilən məlumata görə, hazırda rayonun heyvandarlıq təsərrüfatlarında 94 min 658 baş iribuynuzlu mal-qara, 256 min 725 baş qoyun-keçi bəslənilir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə, ümumilikdə, 4 min 387 baş çoxdur. Təsərrüfatlarda mal-qara və davarların baş sayının artırılması və cins tərkibinin dəyişdirilməsi istiqamətində görülən işlər ət, süd və yun istehsalının da artırılmasına güclü təsir göstərib.

Yola saldığımız 2016-cı ildə rayonda 15 min 426 ton ət (diri çəkidə), 49 min 551 ton süd, 378 ton yun, yüz min 730 ədəd yumurta istehsal olunub ki, bu da ötən ildəkindən xeyli çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.