CƏMİYYƏT
Sabirabadda qadınlar üçün “Karyerada ilk addım” adlı təlim keçirilib
Bakı, 15 aprel, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə Sabirabad “ASAN xidmət” mərkəzində qadınlar üçün “Karyerada ilk addım” adlı təlim keçirilib.
Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, təlimin məqsədi Sabirabad rayonunda orta məktəblərdə oxuyan və peşə seçimində qərarsız olan qızları motivasiya və onlara karyera seçimlərində köməklik etmək, şəxsi inkişaf istiqamətində həvəsləndirməkdir.
Tədbirdə iştirakçılara karyera seçimində vacib olan amillərdən bəhs olunub, interaktiv oyunlar keçirilib. Təlimin sonunda iştirakçılar sertifikatla təltif olundular.