REGİONLAR


Sabirabadda qarpız festivalı

A+ A

Sabirabad, 19 avqust, Mahir Babayev, AZƏRTAC

Avqustun 19-da Sabirabad şəhərində ümummilli lider Heydər Əliyevin adını daşıyan istirahət parkında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin, Sabirabad Rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə qarpız festivalı keçirilib.

AZƏRTAC xəbər verir ki, Bakıdan və ətraf rayonlardan gələn qonaqların və yüzlərlə sabirabadlının iştirak etdiyi festivalda qarpız üzərində bədii oyma sənəti nümunələri, qarpızdan hazırlanmış 20 növ təam (qarpız mürəbbəsi, qarpız kompotu, qarpız turşusu, qarpız şərbəti, qarpızdan hazırlanan tort, qarpız kababı, qurudulmuş qarpız tumlarından dəmlənmiş çay və s.) nümayiş etdirilib.

Məhəmməd Füzulinin “Meyvələrin söhbəti” adlı əsəri əsasında hazırlanmış səhnəcik, pəhlivanların başla qarpız sındırma rekordu (Həşimxanlı kənd klubunun pəhləvanları), qarpız tortunun kəsilməsi festival iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Daha sonra respublikanın tanınmış incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim olunub.

Axşam saatlarınadək davam edən qarpız festivalı iştirakçılara əyləncəli anlar, xoş təəssürat və müsbət emosiyalar bəxş edib.

Festival atəşfəşanlıqla başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.