REGİONLAR


Sabirabadın Qaralar kəndində yeni tibb məntəqəsi istifadəyə verilib

Sabirabad, 7 iyun, Mahir Babayev, AZƏRTAC 

ABŞ və Azərbaycan hökumətlərinin birgə dəstəyi nəticəsində Sabirabadın Qaralar kəndində yeni tibb məntəqəsi istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində ABŞ səfirinin həyat yoldaşı Anna Sekuta, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD), İqtisadiyyat və Səhiyyə nazirliklərinin əməkdaşları, yerli icra hakimiyyəti və bələdiyyənin nümayəndələri, kənd sakinləri iştirak ediblər.

Mərasimdə çıxış edən ABŞ səfirinin həyat yoldaşı Anna Sekuta və rayon icra hakimiyyəti başçısının müavini Həsən Həsənov yeni tibb məntəqəsinin istifadəyə verilməsi münasibətilə kənd sakinlərini təbrik edib, ABŞ və Azərbaycan arasında mövcud olan dostluq və mədəni əlaqələrdən danışıblar.

Sonra tədbir iştirakçıları məntəqədə yaradılan şəraitlə tanış olublar.

Gözləmə və müayinə otağından ibarət olan tibb məntəqəsi 3 min nəfərə yaxın kənd sakininə xidmət göstərəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.