REGİONLAR


Sabirabadın Türkədi kəndinə təbii qaz verilib

A+ A

Bakı, 17 noyabr, AZƏRTAC 

Noyabrın 17-də Sabirabad rayonunun Türkədi kəndinə ilk dəfə təbii qaz verilib.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 560 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 45 min 282 metr olan polietilen, metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Kənd sakinləri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sabirabad rayonunun daha 4 kəndində (Yolçubəyli, Zəngənə, Narlıq və Qasımbəyli kəndləri) tikinti quraşdırma işləri davam etdirilir və yaxın günlərdə yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.