REGİONLAR


Sabirabadın Xəlfəli kəndində aşkarlanan mənşəyi məlum olmayan ətlərin müayinəsi başa çatıb

Bakı, 17 fevral, AZƏRTAC 

Sabirabad rayonunun Xəlfəli kəndində 600 kiloqram yararsız ət aşkar edilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xidmətin mütəxəssisləri tərəfindən Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taborunun əməkdaşlarının iştirakı ilə qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısının alınması məqsədi ilə Sabirabad rayonunun Xəlfəli kəndində heyvandarlıq məhsullarına baytarlıq baxışı keçirilib.

Baxış zamanı Sabirabad rayonu, Xəlfəli kənd sakini Şahverdiyev Əlifxan Salamulla oğluna məxsus evin həyətində qanunsuz, antisanitar şəraitdə fəaliyyət göstərən, primitiv şəkildə quraşdırılmış heyvan kəsim yeri (sallaqxana), mənşəyinə və sağlamlığına dair heç bir baytarlıq sənədi olmayan, ümumi çəkisi 600 kiloqram olan heyvan ətləri aşkar edilib. Həmin ətlərdən baytarlıq laboratoriyasında müayinə üçün nümunələr götürülüb.

Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən götürülən nümunələrdə bakterioloji çirklənmə aşkar edilib. Biokimyəvi müayinələrin nəticəsinə əsasən götürülən nümunələrin hamısının aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş heyvan ətləri olması müəyyənləşdirilib. Müayinə zamanı bütün nümunələrin keyfiyyətsiz, qida üçün baytarlıq-sanitariya cəhətdən yararsız olması məlum olub. Həmçinin aparılan 24 ət nümunəsindən 1 nümunənin at, 3 nümunənin xırdabuynuzlu heyvan və 20 nümunənin iribuynuzlu heyvan əti olduğu müəyyən edilib.

Laboratoriyanın müvafiq ekspertizasının nəticəsi nəzərə alınaraq qanunvericiliyə uyğun tədbir görüləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.