REGİONLAR


Sabirabadlılar bu mövsüm 5 tondan çox barama təhvil veriblər

Sabirabad, 19 iyun, Mahir Babayev, AZƏRTAC

Sabirabadlı kümçülər bəslədikləri 100 qutu (1900 qram) ipəkqurdu toxumundan əldə etdikləri məhsulun tədarükünü başa çatdırıblar.

Rayon Kənd Təsərrüfatı İdarəsindən AZƏRTAC-a bildiriblər ki, bu mövsüm rayonda 56 ailə ipəkqurdu bəsləyib. Kümçülər “Şəki-İpək” ASC-yə 5 ton 35 kiloqram məhsul təhvil veriblər ki, bu da nəzərdə tutulduğundan 35 kiloqram çoxdur. Barama tədarükündə rayonun Şəhriyar, Qaralar və Nizami kəndlərinin kümçüləri fərqləniblər.

Sabirabad üzrə ən yüksək nəticə göstərən isə Nizami kənd sakini Teymur Bəhramov olub. Baramaçı bəslədiyi 10 qutu ipəkqurdu toxumundan 700 kiloqramdan çox barama tədarük edib ki, bunun da dəyəri 6 min 300 manatdan artıqdır.

Qeyd edək ki, ötən il rayonda 22 ailə barama istehsalı ilə məşğul olub və tədarük məntəqəsinə 3 ton 70 kiloqram barama təhvil verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.