REGİONLAR
Şabran komandası stolüstü tennis üzrə Azərbaycan Kubokunun qalibi olub
Şabran, 20 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Gənclər və İdman Nazirliyinin Azərbaycan Stolüstü Tennis Federasiyası ilə birgə təşkil etdiyi stolüstü tennis üzrə gənclər və yeniyetmə idmançılar (1999-2001, 2002-ci il və daha kiçik təvəllüdlü) arasında Azərbaycan Kuboku uğrunda yarışlar başa çatıb.
AZƏRTAC xəbər verir ki, Şabran Uşaq Gənclər İdman Məktəbinin komandası “Şüa” İdman-Sağlamlıq Kompleksində keçirilən yarışın qalibi adını qazanıb.
Azərbaycan Kubokunu qazanan qızlar komandasında Tərgül Qasımova, Aliyə Həşimova, Zöhrə Abdullayeva mübarizə aparıb. Şabran UGİM oğlanlar komandası isə yarışda III yeri tutublar.
Bundan başqa, Aliyə Həşimova və Zöhrə Abdullayeva qoşa oyunda I yer, qoşa-qarışıq oyunda Nihad Məmmədov və Aliyə Həşimova II yer, böyük yaş qrupunda qarışıq oyunda Aliyə Həşimova III yeri qazanıblar.
Yarışda respublikanın müxtəlif bölgələrindən 130-a yaxın idmançı qüvvəsini sınayıb.
Şabran UGİM komandası keçən il də bu yarışın qalibi olaraq Azərbaycan Kubokunu qazanıb.