CƏMİYYƏT


Şabran məktəbliləri ətraf mühitin tullantılardan təmizlənməsi ilə bağlı maarifləndirilir

A+ A

Bakı, 17 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə avqust ayında icrasına başlanılan “Tullantısız, təmiz ətraf mühit!” layihəsi uğurla davam edir. Layihə Gənclər Fondunun elan etdiyi VIII qrant müsabiqəsinin C kateqoriyası üzrə qalibi Qadir Pirverdiyev tərəfindən Şabran rayonunda həyata keçirilir.

Layihənin rəhbəri AZƏRTAC-a bildirib ki, layihə çərçivəsində rayonda fəaliyyət göstərən peşə və orta məktəblərin şagirdləri ətraf mühitin tullantılardan təmizlənməsi ilə bağlı maarifləndirilir. Onların bu sahədə rolunun artırılması da layihənin əsas hədəfidir.

Oktyabrın sonunda başa çatacaq “Tullantısız, təmiz ətraf mühit!” layihəsinin başqa regionlarda da həyata keçirilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.