REGİONLAR


Şabranda 100 yerlik yeni uşaq bağçası-körpələr evi inşa edilir

Şabran, 25 may, Elxan Yusifli, AZƏRTAC

Şabran şəhərində yeni uşaq bağçası-körpələr evi inşa edilir.

AZƏRTAC xəbər verir ki, tikintisi davam edən uşaq bağçasında 100 körpənin təlim-tərbiyəsi üçün hər cür şərait yaradılacaq.

İkimərtəbəli və iki korpusdan ibarət olacaq uşaq bağçası-körpələr evində beş yaşadək uşaqlara təhsilin ilkin mərhələsi ilə yanaşı, rəqs və musiqi də öyrədiləcək.

Növbəti tədris ilinə kimi istifadəyə verilməsi nəzərdə tutulan bina lazımi inventarla təchiz olunacaq.

Burada müxtəlif yaş qrupları üçün məşğələ və yataq otaqları, yeməkxana, həyətdə isə istirahət guşələri yaradılacaq. Bağçada balacaların təlim-tərbiyəsi ilə peşəkar pedaqoji heyət məşğul olacaq.

Şabran rayonunda, ümumilikdə, 4 körpələr evi-uşaq bağçası fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.