REGİONLAR


Şabranda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib

A+ A

Şabran, 16 avqust, Elxan Yusifli, AZƏRTAC

Avqustun 16-sı Gəndov-Yalama yolunun Şabran rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC xəbər verir ki, axşam saatlarında 99 CS 297 dövlət nömrə nişanlı "Shacman" markalı yük maşını ilə 17 BC 567 nömrəli "VAZ 2106" markalı avtomobilin toqquşması nəticəsində minik avtomobilində olan sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Dərhal Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralılara ilkin tibbi yardım göstərilib. Xəsarət alanlardan "VAZ 2106"-nın sürücüsü Şabran rayon Uzunboyad kənd sakini Həsənov Ramiz Əhməd oğlunun vəziyyəti nisbətən ağırdır. Digər yaralıların xəsarətlərinin isə yüngül olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.