ELM VƏ TƏHSİL


Şabranda elmi ekspedisiyada olan alimlər zəliləri tədqiq ediblər

Bakı, 30 may, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun bir qrup əməkdaşı Ukraynanın Xarkov Milli Universitetinin biologiya fakültəsinin zoologiya və heyvan ekologiyası kafedrasının doktorantı Andrey Xomenko ilə birgə Şabran rayonu ərazisində elmi ekspedisiyada olublar.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, ekspedisiya müddətində Şabran rayon Liman-Ağzıbir təsərrüfatında tədqiqat aparılıb. Təsərrüfatdan “Erpobdella sp. və Haementeria costata”, Zeyvə kəndindəki Əmbil gölündən “Erpobdella sp.”, Nohurlar gölündən “Erpobdella sp.”, “Haementeria costata” və “Hirudo medicinalis orientalis” növlərində zəlilər toplanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.