CƏMİYYƏT


Şabranda yanğın baş verib

Bakı, 7 iyul, AZƏRTAC

İyulun 7-də Şabran rayonunda yanğın baş verib.

AZƏRTAC Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadla bildirir ki, Şabran rayonunun Taxtalar və Surra kənd bələdiyyələrinə (rayon mərkəzindən 12 km aralı) məxsus ərazidə 70 hektar biçilmiş taxıl sahəsi və 130 hektar quru ot və kol-kos yanıb. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə edilib.

Yanğın saat 16:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.