REGİONLAR


Şabranlı müəllimlər kurikulumla bağlı təlimlərə cəlb olunub VİDEO

A+ A

Şabran, 23 sentyabr, Elxan Yusifli, AZƏRTAC

Şabranda “Kurikulum nəzəriyyəsinin praktikada tətbiqi” mövzusunda təşkil edilən 10 günlük kurslara yekun vurulub.

AZƏRTAC xəbər verir ki, sonuncu təlimlər sentyabrın 23-də Roman Yusifov adına Şabran şəhər 2 saylı məktəb-liseyində təşkil edilib. Kurslara şəhər və kənd məktəblərini təmsil edən 12 müəllim cəlb olunub.

Təlimlərdə ümumilikdə 2016-2017-ci dərs ilində ümumtəhsil məktəblərinin I-IX siniflərində dərs deyəcək müəllimlər iştirak edilər.

Məşğələlərdə interaktiv təlim üsulları ilə müasir dərslərin qurulması və tədris edilməsi, həmçinin informasiya-kommunikasiya texnologiyalarından istifadə olunmaqla təhsilin keyfiyyətinin artırılması mövzusunda müzakirələr aparılıb.

Kurikulumun Azərbaycan təhsil sistemində tətbiq edildiyi 2008-ci ildən bu günədək Şabranda ümumilikdə 854 müəllim bu kimi təlimlərə cəlb olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.