REGİONLAR
Şabranlı şagirdlər Ulu Öndərin zəngin irsinin tədris olunduğu açıq dərslərdə fəal iştirak edirlər
Şabran, 6 dekabr, Elxan Yusifli, AZƏRTAC
Dekabrın 1-dən başlayaraq Şabrandakı Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin irsinin daha dərindən öyrənilməsi məqsədilə açıq tarix dərsləri keçirilir. Ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün keçirilən dərslərdə tarix müəllimləri müəyyən olunmuş mövzularda məruzə ilə çıxış edirlər.
AZƏRTAC xəbər verir ki, açıq dərslərdə Şabran rayonunun ümumtəhsil məktəblərində təhsil alan 2000 şagirdin iştirakı nəzərdə tutulub. Şagirdlərə “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur” və “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanının sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzularını əhatə edən dərslər tədris olunur.
Dərslərdən əlavə, Heydər Əliyev Mərkəzinə gələn şagirdlərə Ümummilli Liderin həyat və fəaliyyəti, xalqımız qarşısındakı xidmətləri barədə zəngin məlumatlar verilir. Tədris prosesində şagirdlər, həmçinin Ümummilli Liderin həyat və fəaliyyətinə dair sənədli filmlərə baxırlar.
Açıq dərslər dekabrın 10-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [14:14]
Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan reportaj FOTO
- 23.04.2024 [13:57]
Ali Məclisin komitə iclasında Nazirlər Kabinetinin hesabatı təqdim edilib
- 23.04.2024 [13:26]
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB
- 23.04.2024 [12:58]
Bağanis Ayrımın ən yaşlı sakini: Kəndimizə qayıdan kimi qurban kəsəcəyəm
- 23.04.2024 [10:46]
“Chevrolet”lə “Tofaş” toqquşdu - 2 ölü, 2 yaralı
- 23.04.2024 [10:18]
Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb VİDEO
- 23.04.2024 [10:17]
Naxçıvanda ilk dəfə müəllimlər iş yerlərini dəyişə biləcəklər
- 23.04.2024 [09:42]