İQTİSADİYYAT
Sabunçu-Ramana avtomobil yolu təmir olunur
Bakı, 4 mart, AZƏRTAC
Uzun illərdir təmir olunmayan Sabunçu-Ramana avtomobil yolunda bir neçə gündür ki təmir işlərinə başlanılıb.
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Sabunçu qəsəbəsini Ramana qəsəbəsi ilə birləşdirən avtomobil yolunda çoxlu sayda su sızmalarının olması yolun bərbad vəziyyətə düşməsinə səbəb olub.
30 il bundan əvvəlki hərəkət şiddətinə hesablanan yol konstruksiyası keçmiş normativlərə uyğun olaraq inşa olunduğu üçün 40 faizdən çox hissədə yol yatağı yararsız vəziyyətə düşüb. Artıq əraziyə materialların daşınması, texnikaların səfərbər olunmasına başlanılıb.
Hazırda yol yatağının zədələnmiş hissələri çıxarılaraq yenisi ilə əvəzlənir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.08.2023 [15:22]
Çəllək formalı malikanə
- 22.08.2023 [17:52]
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb
- 21.08.2023 [12:45]
AAYDA son həftə ərzində görülən işlər barədə məlumat yayıb
- 17.08.2023 [21:40]
Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksində artım olub
- 16.08.2023 [12:20]
Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri görüb
- 16.08.2023 [11:15]