CƏMİYYƏT


Sabunçu rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib

A+ A

Bakı, 19 iyul, AZƏRTAC

İyulun 19-da axşam saatlarında paytaxtın Sabunçu rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev prospektində “Shacman” yük avtomobili 184 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusuna çırpılıb. Nəticədə avtobusdakı sərnişinlərdən bir neçəsi yüngül xəsarət alıb. Dərhal 3 saylı şəhər kliniki xəstəxanasına aparılan yaralılar ilkin tibbi yardımdan sonra evə buraxılıblar.

Qəzanın baş vermə səbəbləri araşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.